AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0583, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0583, AMFBI indeksi 1,0001 təşkil edib
# 09 fevral 2012 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq fevral ayının 9-na 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0583 bənd və ya 5,8% artaraq 1,0583 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin yüksəlməsi bazarın kapitallaşmasının artması ilə bağlıdır. Belə ki, fevralın 8-də həcmi 30 mln. manat olan bir not buraxılışı dövriyyədən çıxarılıb və 35 mln. manatlıq buraxılış yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR