Əli Əhmədov: “Digər ölkələrdə də Xocalı faciəsi ilə bağlı qətnamələrin qəbul olunacağına inanıram”

Əli Əhmədov: “Digər ölkələrdə də Xocalı faciəsi ilə bağlı qətnamələrin qəbul olunacağına inanıram”
# 24 aprel 2012 09:19 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədovun fikrincə, bu, hələ başlanğıcdır: “Digər ölkələrdə də belə qətnamələrin qəbul olunacağına inanıram. Amma eyni zamanda Azərbaycan cəmiyyəti və bütövlükdə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da bu istiqamətdə səylərini artırmalıdır. Əgər yalan və böhtan üzərində qurulan hər hansı ideologiya yüz il ərzində yaşayıbsa və onu yaşada biliblərsə, o zaman yolverilməz hal olardı ki, həqiqətən baş vermiş faciə dünya ictimaiyyəti tərəfindən əsl faciə kimi qəbul olunmasın. Artıq bəşəriyyət bu reallığı dərk edir və bunun əyani sübutu Kolumbiya Senatının qəbul etdiyi qərardır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR