Tiflisdə daşqınlar nəticəsində ikisi uşaq olmaqla 3 nəfər ölüb

Tiflisdə daşqınlar nəticəsində ikisi uşaq olmaqla 3 nəfər ölüb
# 13 may 2012 02:11 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Fövqəladə Hallar Xidmətindən jurnalistlərə bildiriblər.
Kürün Tiflisin Krsianisskiy rayonunda məcrasından çıxması nəticəsində bir necə küçə, avtomobillər, mağazalar, binaların birinci mərtəbələri su altında qalıb. On minlərlə şəhər sakini elektrik enerjisiz qalıb.
Eyni zamanda Gürcüstanın şərqində bir necə avtomobil və piyada körpüsü zədələnib və uçub. Bu 8 kəndin tamamilə təcrid olmasına gətirib.
On hektarlarla əkin sahəsi su altında qalıb, elektrik xətləri zədələnib. Energetik və inşaatçılardan ibarət mobil qruplar elektrik enerjisinin təminatını və infrastruktur obyektlərini bərpa edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR