Xırdalanda ər arvadının boğazını kəsib

Xırdalanda ər arvadının boğazını kəsib
# 28 iyun 2012 08:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda daha bir kişi həyat yoldaşının boğazını kəsib. Bu barədə APA-ya Abşeron rayon Polis Şöbəsindən bildirilib.

Hadisə rayonun Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb. 43 yaşlı Müşfiq Əliyev qısqanclıq zəminində, küçədə həyat yoldaşı, 36 yaşlı Nərminə Hüseynovanın boğazını kəsib. Nəticədə qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onu xilas etmək mümkün olub.

Hadisəni törədən M. Əliyev polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, dünən analoji hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb. Sabirabad sakini Fikrət Cabbarov küçədə qısqanclıq zəminində qeyri-rəsmi münasibətlərdə olduğu Əminə Qədimovanın boğazını bıçaqla kəsərək qətlə yetirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR