İranın xarici işlər naziri Suriya prezidenti Bəşər Əsədlə görüşüb

İranın xarici işlər naziri Suriya prezidenti Bəşər Əsədlə görüşüb
# 19 sentyabr 2012 15:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Suriyada səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Salehi sentyabrın 19-da bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Ə. Salehi Suriyada həmrəyliyin, milli vəhdət və ölkənin ərazi bütövlüyünün qorunmasının zəruri olduğunu bildirib. O, Suriyada əsaslı islahatların aparılmasının və demokratikləşmə prosesinin gedişatının vacib olduğunu vurğulayıb.

Səfər çərçivəsində Ə. Salehi Suriyanın xarici işlər naziri Valid Muallimlə də görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələr, Suriyadakı böhran, regional və qlobal məsələlər müzakirə edilib.

Qeyd edək ki, Ə. Salehinin Suriyaya səfərinin məqsədi sentyabrın 18-də Suriyadakı böhranın həlli məqsədilə İran, Misir və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə Qahirə şəhərində keçirilmiş toplantının nəticələri barədə bu ölkənin rəsmilərini məlumatlandırmaq olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR