Əlaəddin Bürucerdi: “İranla beynəlxalq agentlik arasında keçirilən müzakirələrin birinci mərhələsindən məmnunuq”

Əlaəddin Bürucerdi: “İranla beynəlxalq agentlik arasında keçirilən müzakirələrin birinci mərhələsindən məmnunuq”
# 15 may 2012 10:54 (UTC +04:00)
Könül Cəfərli – APA. “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında Vyanada keçirilən görüşdən məmnunuq”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi deyib. O, bəzi Qərb diplomatlarının bu görüşü İran üçün bir test kimi dəyərləndirməsinə etiraz edərək bildirib ki, bu cür açıqlamalarla aparılan müzakirələrə zərər verilməməlidir.

Qeyd edək ki, İranla beynəlxalq agentlik arasında müzakirələrin ikinci mərhələsi bu gün keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR