San Dieqoda Azərbaycan muğamı konserti keçirilib
07 noyabr 2012 12:46 (UTC +04:00)
Bakı – APA. Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən Azərbaycan muğamı konserti keçirilib.
Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, konsert diplomatik nümayəndəliyin təşəbbüsü ilə elan edilmiş “Kaliforniyada Azərbaycan Muğamı Ayı” çərçivəsində təşkil olunub və 1977-ci ildə NASA tərəfindən kosmosa göndərilmiş “Voyager” kosmik aparatına bərkidilmiş “Qızıl Val”a Azərbaycan muğamının da daxil edilməsinin 35-ci ildönümünə həsr edilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, muğamın Azərbaycan xalqının milli sərvəti olduğunu qeyd edib, qədim muğam ənənələrinin qorunub-saxlanılması və təbliği üçün Azərbaycanda görülən böyük işlərdən bəhs edib.
NASA-nın Kaliforniyada yerləşən tanınmış JPL elmi mərkəzinin yüksək rütbəli əməkdaşı Torrens Conson isə “Voyager” kosmik aparatı və “Qızıl Val” haqda ətraflı təqdimatla çıxış edib. Sonra “Voyager” “Qızıl Val”ına daxil edilib, balabanda ifa edilən “Şur” muğamı ölkəmizin gözəl guşələrinin video-görüntülərinin müşayiəti ilə səsləndirilib.
Daha sonra Azərbaycan muğam ustaları, o cümlədən xanəndələr Aytən Məhərrəmova, Vüsalə Musayeva və İlkin Əhmədov, eləcə də instrumental ifaçılar İmamyar Həsənov (kamança), Elşən Qasımov (nağara) və Rüfət Həsənov (tar) rəngarəng Azərbaycan muğamlarını ifa ediblər. Xüsusilə “Sarı Gəlin” və “Qarabağ Şikəstəsi” tamaşaçıların gurultulu və ayaqüstü alqışları ilə qarşılanıb. Konsertdə San-Dieqodakı konsulluq korpusunun nümayəndələri, elm, təhsil və mədəniyyət ocaqlarının təmsilçiləri, jurnalistlər, Azərbaycan, İran, yəhudi və başqa icmaların üzvləri və digər şəxslər iştirak etmişlər.
Konsertdən video-görüntü ilə bu linkdə tanış olmaq olar: http://goo.gl/BnX6m

İncəsənət
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024