Vardan Oskanyan növbəti dəfə Ermənistan Milli təhlükəsizlik xidmətində ifadə verib

Vardan Oskanyan növbəti dəfə Ermənistan Milli təhlükəsizlik xidmətində ifadə verib
# 06 noyabr 2012 05:07 (UTC +04:00)
Bakı-APA. Ermənistanın keçmiş xarici işlər naziri, «Çiçəklənən Ermənistan» partiyasından deputat Vardan Oskanyan ona qarşı qaldırılmış pulların yuyulması barədə cinayət işi üzrə növbəti dəfə Ermənistan Milli təhlükəsizlik xidmətinə çağırılıb. Bu barədə APA Armenia Today-a istinadən məlumat verir.

Məlumata əsasən, MTX-də Oskanyanın 2009-cu ildə Ermənistan kommersiya banklarından birinin idarə heyətinə seçilməsi ilə bağlı məsələ ilə maraqlanıblar. Oskanyan daha öncə yaydığı bəyanatda həmin bankın idarə heyətindən hakimiyyətin təzyiqi ilə uzaqlaşdırıldığını qeyd edib. Oskanyanın vəkili Tiqran Atanesyan keçmiş XİN başçısının bu məsələ ilə bağlı MTX müstəntiqlərinin suallarına cavab vermədiyini bildirib. Onun sözlərinə görə, MTX-dən Oskanyanın bank hesablarının yoxlanılacağını bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR