Səfir Roland Kobia qoşunların təmas xəttində hərbçilərimizin şəhid olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

Səfir Roland Kobia qoşunların təmas xəttində hərbçilərimizin şəhid olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
# 08 iyun 2012 09:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva. Rəşad Süleymanov-APA. “Qoşunların təmas xəttində gərginliyini artmasından və baş verən insidentlərin qurbanlarının sayından narahatıq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia verib.

O baş verən insidentlər nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyib: “Həmçinin Azərbaycan xalqına başsağlığı verirəm, çünki bu bütün ölkə üçün böyük kədərdir. Bu, Avropa Birliyinin təklif etdiyi etimad mühitinin möhkəmləndirilməsi tədbirlərini həyata keçirməyin nə qədər vacib olduğunu təsdiqləyir. Bu tədbirləri görmək vacibdir ki, insanlar arasında etimadı bərpa etmək mümkün olsun, münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyişə nail olaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR