Azərbaycanda bu il 46 nəfər meşə mühafizə işçisi işdən azad edilib

Azərbaycanda bu il 46 nəfər meşə mühafizə işçisi işdən azad edilib
# 20 iyul 2012 07:52 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu ilin 6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən 1256 hektar sahədə meşə əkini və səpini işləri həyata keçirilib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, meşə əkinlərinin becərilməsi məqsədilə 14772 hektar sahədə xidmət, 16274 hektar sahədə isə suvarma işləri aparılıb. Müxtəlif ağac və kol cinslərindən 6142 kiloqram toxum tədarük edilib.

Hesabat dövründə meşə mühafizə işçiləri tərəfindən 72973 manat köküstə nırx dəyərində 10861 kubmetr həcmində qanunsuz qırıntılar aktlaşdırılıb və qanunamüvafiq tədbirlər görülüb. Hesablanmış 72973 manat ziyanın 43258 manatının ödənilməsi təmin olunub. Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün 107 iş hüquq mühafizə orqanlarına göndərilib. Məlumatda bildirilir ki, Meşə Mühafizəsi və Bərpası Müəssisələrində aparılan yoxlamalar zamanı işlərində qanun pozuntusuna yol verdiklərinə görə 160 nəfər meşə mühafizə işçisi barəsində intizam tənbehi tədbiri görülüb, 46 nəfər isə işdən azad edilib.

Bu ilin 6 ayı ərzində 9,4 hektar sahədə meşə yanğını hadisəsi baş verib və qarşısı alınıb. Meşə fonduna əsaslı ziyan dəyməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR