Kürdə batmış 25 yaşlı oğlanın meyiti tapılıb

Kürdə batmış 25 yaşlı oğlanın meyiti tapılıb
# 19 may 2012 10:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Kür çayında batan 25 yaşlı oğlanın meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kür çayının Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisindən keçən hissəsində batmış, 1987-ci il təvəllüdlü Yusif Taleh oğlu Şıxəliyevin axtarışları başa çatıb. Y. Şıxəliyevin cəsədi batdığı yerdən təxminən 1500 m aralıda nəzarətsiz ərazidə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR