BQXK nümayəndələri Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə və bir ailənin üzvü olan mülki şəxslərə baş çəkiblər

BQXK nümayəndələri Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə və bir ailənin üzvü olan mülki şəxslərə baş çəkiblər
# 24 aprel 2012 08:17 (UTC +04:00)
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova məlumat verib. BQXK nümayəndələri tərəfindən Azərbaycanda saxlanılan şəxslərə 9 "Qızıl Xaç" məktubu çatdırılıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.

Əsirlərdən 2-si - Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.

Erməni əsirliyində isə bir azərbaycanlı hərbçi var. Həmin şəxs Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğludur. O, 2012-ci il yanvarın 23-də Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR