Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar seminar keçirilib
12 mart 2012 10:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda Ümumdünya Səhiyyə Təşkilatı, USAİD və Vərəm Əleyhinə Milli Proqramın birgə təşkilatçılığı ilə 24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar jurnalistlər üçün seminar keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Azəbaycandakı nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova bildirib ki, təşkilat 2015-ci ilədək dünyada vərəmdən ölüm hadisələrinin sayını iki dəfə azaltmağa çalışır. O deyib ki, son 20 il ərzində bu xəstəlikdən ölüm halları 40 faizədək azalıb. 2010-cu ildə vərəm xəstəliyinə düçar olanların sayı 8,8 milyona, bu xəstəlikdən ölənlərin sayı isə 1,4 milyonadək azalıb.
Elmi Tədiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov Azərbaycanda qeydiyyata alınan vərəm xəstələrinin sayının artdığını açıqlayıb. Belə ki, ötən il Azərbaycanda 2045 vərəmə yoluxma halı aşkarlanıb. 2010-cu ildə bu rəqəm 1997 olub. Onun sözlərinə görə, ölkədə bu gündədək müalicəyə 859 rezistent xəstə qoşulub. Vərəm xəstələrinin müalicəsinə nəzarət sistemi güclənir və müalicə nəticələri qiymətləndirilməyən xəstələrin sayı azalır. E. Məmmədbəyov qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə “Azərbaycanda laborator xidmətin inkişaf etdirilməsi planı”nın hazırlanması planlaşdırılır.

Sosial
Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib
19:25
21 may 2024
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib
17:48
21 may 2024
İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib
17:29
21 may 2024
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı yenilənib
17:27
21 may 2024