BBVB-nin valyuta dövriyyəsi son bir ildə 30% azalıb

BBVB-nin valyuta dövriyyəsi son bir ildə 30% azalıb
# 05 aprel 2012 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 185,801 mln. manat təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə valyuta bölməsində keçirilən elektron əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 77,854 mln. manat və ya 29,5% azalıb. Belə ki, 2011-ci ilin yanvar-mart ayları ərzində aparılan əməliyyatların həcmi 263,655 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR