Abituriyentlər qəbul imtahanlarının nəticələrini “NAR Mobile” mobil operatoru vasitəsilə də öyrənə biləcəklər

Abituriyentlər qəbul imtahanlarının nəticələrini “NAR Mobile” mobil operatoru vasitəsilə də öyrənə biləcəklər
# 04 aprel 2012 08:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Abituriyentlər sınaq və qəbul imtahanlarılnın nəticələrini “NAR Mobile” mobil operatoru vasitəsilə də öyrənə biləcəklər. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bildirilib.
Artıq imtahanların nəticələri elan olunduqda “Azercell” və “Bakcell” şirkəti ilə yanaşı, “Nar Mobile” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə "İmtahan-Info" xidməti vasitəsilə imtahan nəticələrini öyrənə biləcəklər. Xidmət Azerfone MMC-nin servis və məzmun təminatçısı olan “Azericom” MMC-nin texniki dəstəyi ilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR