Azərbaycanda zavodun qaz anbarında partlayış olub

Azərbaycanda zavodun qaz anbarında partlayış olub
# 09 aprel 2012 06:48 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə Sumqayıt şəhərində Etilen Polietilen zavodunun E-12 şöbəsinin propilen qaz anbarında qeydə alınıb.

Anbara qaz dolduran zaman vətəndaşa məxsus, həcmi 20 kub olan "KamAZ" markalı yük avtomobilində ani partlayış baş verib. Nəticədə avtomobilin çəni dağılıb, yaxınlıqda dayanmış digər "KamAZ" markalı qaz daşıyan avtomobillin ventili zədələnib və ətrafa qaz sızması baş verib. Yanğın hadisəsi və dağıntı olmayıb.

Qəza vəziyyəti aradan qaldırılana qədər yanğın avtomobilləri yanğın-təhlükəsizlik tədbirləri məqsədi ilə hadisə yerində növbə çəkib.

Partlayışın baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR