«Ekonomist» analitik jurnalının aprel sayı çapdan çıxıb - FOTO

«Ekonomist» analitik jurnalının aprel sayı çapdan çıxıb - <font color=red>FOTO</font>
# 09 aprel 2012 13:16 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 25 buraxılışı işıq üzü görüb.

«Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında Azərbaycan qazının Avropaya nəqli, İslam bankçılığının Azərbaycanda inkişaf perspektivləri mövzularında məqalələr, bankların və sığorta şirkətlərinin renkinqləri, səhiyyə və turizm sahələrinə dair materiallar yer alıb.

Qeyd edək ki, «Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR