«AXA-Mbask» icbari sığorta ilə bağlı iki iri ödəniş gerçəkləşdirib

«AXA-Mbask» icbari sığorta ilə bağlı iki iri ödəniş gerçəkləşdirib
# 01 avqust 2012 12:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AXA-Mbask» sığorta şirkəti ilk dəfə nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair qarşı tərəfin ölümü ilə nəticələnən iki sığorta iddiası üzrə sığorta ödənişləri həyata keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəniş aprelin 25-də Bakı şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, «AXA-Mbask» tərəfindən 5000 manat məbləğində sığorta ödənişi qəza nəticəsində vəfat etmiş uşağın anasına verilib.

İkinci ödəniş iyunun 11-də Siyəzən rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı olub. Şirkət 5000 manatı qəza zamanı həlak olmuş yaşlı qadının varisinə verib.

Qeyd etmək lazımdır ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı şirkət artıq 250 min manata yaxın sığorta ödənişi edib.

İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərti ilə on-line rejimdə buraxılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR