ABŞ və İsrailin birgə hərbi manevri təxirə salınıb

ABŞ və İsrailin birgə hərbi manevri təxirə salınıb
# 01 sentyabr 2012 12:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ və İsrailin birgə hərbi manevri təxirə salınıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) manevrin payıza qədər təxirə salındığını açıqlayıb. Eyni zamanda Pentaqondan ABŞ-ın hərbi təlimlərə daha az hərbçi ilə qatılacağı bildirilib. Pentaqonun sözçüsü Cek Miler deyib ki, bu təlim 2009-cu ildəki manevrdən daha genişmiqyaslı olacaq.

“Time” jurnalı isə yazıb ki, əvvəl təlimlərdə 5 min nəfərin iştirakından söhbət gedirdisə, hazırda 1500-1200 hərbçinin manevrdə iştirak edəcəyi planlaşdırılır. “Reuters” agentliyi isə İsraillə ABŞ arasındakı soyuqluğa səbəb kimi rəsmi Təl-Əvivin İrana təkbaşına hərbi müdaxilə ilə bağlı təbliğatını artırması və Vaşinqtonun qərarları ilə müxalifət etməsini göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR