İranın Azərbaycandakı sabiq səfiri: “İran-Azərbaycan münasibətlərinin hazırkı durumundan narahatam” - EKSKLÜZİV

İranın Azərbaycandakı sabiq səfiri: “İran-Azərbaycan münasibətlərinin hazırkı durumundan narahatam” - <font color=red>EKSKLÜZİV</font>
# 07 mart 2012 08:43 (UTC +04:00)
Ə. Qəzai APA-nın əməkdaşı ilə söhbətində Bakıya səfərinin şəxsi, yəni qeyri-rəsmi olduğunu bildirib.

O, Bakıda bir sıra dostları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Sabiq səfir müsahibə verməyə həvəsli görünməsə də, APA-nın bəzi suallarını cavablandırıb. O, artıq 3 ildir, İran Xarici İşlər Nazirliyində çalışmadığını, təqaüdə çıxdığını bildirib.

Sabiq səfir İran-Azərbaycan münasibətlərinin hazırkı durumundan narahat olduğunu da deyib: “Bu məsələdə hər iki tərəf müəyyən qədər əsas verib, amma münasibətlər bu cür olmamalıdır. Əslində, iki ölkə arasında münasibətlərin gərgin olmasında maraqlı olan qüvvələr var. Təkcə İsrail və ABŞ deyil, elə Avropa da bizim normal münasibətlərimizin olmasını istəmir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR