İranın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib

İranın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib
# 14 may 2012 13:58 (UTC +04:00)
APA-nın «İhlas» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, əllərində Türkiyə və Azərbaycan bayrağı tutmuş bir qrup azərbaycanlı İran səfirliyinin binası qarşısına toplaşaraq «Haray, haray, mən Türkəm», «Azərbaycan var olsun, istəməyən kor olsun», «Biz Mustafa Kamalın əsgərləriyik» şüarları səsləndirib, Azərbaycan və Türkiyənin dövlət himnlərini oxuyublar.

Səfirlik önündə aksiya təşkilatçıları mətbuata açıqlama ilə çıxış edərək İranda 35 milyon türkün yaşadığını bildiriblər. Açıqlamada qeyd olunub ki, Azərbaycanın «Evrovision» mahnı yarışmasına ev sahibliyi etməsi İran və Ermənistan tərəfindən qısqanclıqla qarşılanır. İran əhalisinin yarıdan çoxunu təşkil edən türklərin siyasi, iqtisadi və ictimai haqlarının pozulduğu, Cənubi Azərbaycanda yaşayan insanların dillərinin və mədəniyyətlərinin İranda rəsmi qurumlar tərəfindən aşağılandığı da qeyd edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR