Prezident İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 09 aprel 2012 10:56 (UTC +04:00)
APA-nın məlumatına görə, ölkələr arasında ikitərəfli əlaqələrin geniş sahələri əhatə etdiyini vurğulayan prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri münasibətlərimizin yaxşı əlaməti kimi dəyərləndirib. Q. Kellerin diplomatik fəaliyyəti dövründə Azərbaycanla Fransa arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən prezident səfirin ikitərəfli münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi işində iştirakından məmnunluğunu bildirən Qabriel Keller prezident İ. Əliyevin əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfənin önəmini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR