Azərbaycanın fövqəladə hallar naziri zəlzələ bölgəsinə səfər edib

Azərbaycanın fövqəladə hallar naziri zəlzələ bölgəsinə səfər edib
# 04 sentyabr 2012 09:48 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərində görə, nazir bu gün səhər Zaqatalada olub. K. Heydərov burada zəlzələ nəticəsində dağılmış və yenidən tikilən şəhər 2 saylı orta məktəbdə aparılan tikinti işləri ilə maraqlanıb.

Daha sonra nazir Gözbarax kəndində gedib, kənddə zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evlərinin və orta məktəbin tikintisi ilə tanış olub.

Fövqəladə hallar naziri Qax rayonunun Güllük kəndində də olub. K. Heydərov burada aparılan işlərlə tanış olub, müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə Zaqatala və ətraf rayonlarda 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR