Bakıda DYP əməkdaşını döyüblər

Bakıda DYP əməkdaşını döyüblər
# 02 avqust 2012 08:41 (UTC +04:00)
Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Hadisə dünən Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, leytenant Murad Ağamalıyev Naxçıvan sakini Sərvər Niftəliyevin idarə etdiyi “Mercedes” markalı maşını yol-hərəkət qaydasını pozduğu üçün saxlayıb. Sürücünün sənədləri yerində olmadığı üçün polis əməkdaşı avtomobili cərimə meydançasına aparmaq istəyib. Bu zaman sürücü ilə yol polisi arasında dava düşüb və S. Niftəliyev polis əməkdaşını döyüb. M. Ağamalıyevi müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən S. Niftəliyev isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR