İrandan Türkiyəyə qaz nəql edən boru xəttində partlayış baş verib

İrandan Türkiyəyə qaz nəql edən boru xəttində partlayış baş verib
# 08 oktyabr 2012 13:24 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. İrandan Türkiyəyə təbii qaz nəql edən boru xəttində partlayış baş verib.

APA-nın məlumatına görə, partlayış Türkiyənin Ağrı vilayətinin Doğu Bəyazit mahalında qeydə alınıb. Nəticədə boru xəttinə ciddi ziyan dəyib, qaz nəqli dayandırılıb. Ərazidə 50 metr enində, 3 metr dərinliyində çuxur meydana gəlib.

Boru xəttində baş verən partlayışın PKK terrorçuları tərəfindən törədildiyi bildirilir. Qaz borusunda təmir işlərinə başlanılıb. Hadisənin təfərrüatlarını araşdırmaq məqsədilə istintaq tədbirləri aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR