Angelina Qrün: “İlk vaxtlar Azərbaycanda mənə çətin olacaq”

Angelina Qrün: “İlk vaxtlar Azərbaycanda mənə çətin olacaq”
# 14 sentyabr 2012 11:17 (UTC +04:00)
Bakı – APA. “Bu yay mənim qərar verməklə bağlı o qədər də vaxtım olmadı. Əlbəttə, şəxsi həyatım da var”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə” ilə yeni müqaviləyə imza atan Angelina Qrün deyib.

Almaniya voleybolunun əfsanəsi Bakı klubuna keçidinə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan çempionunu seçməsində komandanın hədəfləri mühüm rol oynayıb: “Həyat yoldaşımla birgə belə qərara gəldik ki, “Rabitə” ilə bir illik müqavilə bağlayaq. Bu klub Çempionlar Liqasının qalibi olmaq iddiasındadır. Lakin həmin turnirdə xeyli güclü komanda var. Bu səbəbdən də Azərbaycan çempionu hədəflərinə uyğun heyət qurmağa çalışır”.

Qrün Azərbaycana gəlməsini özü üçün sınaq adlandırıb: “İlk vaxtlar Azərbaycanda mənə çətin olacağını bilirəm. Lakin bunun özü də bir sınaqdır”.

Saysız-hesabsız titulların sahibi “Rabitə” ilə ilk imza atacağını da deyib. O bildirib ki, Bakı təmsilçisinin heyətində dünya çempionatında debüt edəcəyi üçün şaddır: “Karyeramda ilk dəfə klublararası dünya çempionatına qatılacam. Orada gərgin mübarizənin iştirakçılarından olacaq. Buna görə çox şadam”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR