Azərbaycanın tanınmış psixoloqu vəfat edib - FOTO

Azərbaycanın tanınmış psixoloqu vəfat edib - <font color=red>FOTO</font>
# 16 mart 2012 15:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bakı Dövlət Universitetinin (BDU) psixologiya kafedrasının dosenti Cəmilə Təhmasib vəfat edib. APA-nın məlumatına görə, mərhum bu gün torpağa tapşırılıb. Cəmilə Təhmasib 1925-ci il fevral ayının 25-də Naxçıvan şəhərində anadan olub. 1943-1948-ci illərdə indiki BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb və həmin fakültəni şərqşünas-filoloq ixtisası üzrə bitirib. 1949-1952-ci illərdə BDU-nun aspirantura şöbəsində qiyabi təhsil alıb. 1966-cı ildə “Sovet hakimiyyəti illərində Azərbaycan qadınlarının mənəvi simasını səciyyələndirmiş yeni keyfiyyətlərin təşəkkülünə dair” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və psixologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1992-ci ildən BDU-nun psixologiya kafedrasının dosenti vəzifəsində çalışıb. 4 tədris vəsaiti, 3 proqram, 50 elmi məqalə və tezisin müəllifi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR