Sabah Gürcüstan hökumətinin yeni tərkibi təsdiq olunacaq

Sabah Gürcüstan hökumətinin yeni tərkibi təsdiq olunacaq
# 03 iyul 2012 14:54 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Hökumətin yeni tərkibinin təsdiqlənməsi və yeni 4 illik proqramın qəbulu sabah həyata keçiriləcək. İndi komitə və fraksiyaların iclasları keçirilir, yeni hökumət üzvləri dinlənilir, müəyyən məsələlər müzakirə olunur”. Bu sözləri APA-ya açıqlamasında Gürcüstan parlamentinin üzvü Ramin Bayramov deyib. O bildirib ki, sabah prezidentin təqdimatı ilə Vano Merabişvili baş nazir, Baço Axalaya daxili işlər naziri, Dmitri Şaşkin müdafiə naziri, Xatiya Dekanoidze təhsil və elm naziri, Dali Xomeriki qaçqınlar və köçkünlərin işi üzrə nazir və Paata Trapaidze məşğulluq məsələləri üzrə nazir vəzifələrinə təsdiq olunacaq. Digər nazirlər isə yenə öz yerlərində qalacaqlar.

Qeyd edək ki, B. Axalayanın daxili işlər naziri vəzifəsinə namizədliyini Vano Merabişvili irəli sürüb: “Mən Daxili İşlər Nazirliyinin taleyinə biganə qala bilmərəm. Hesab edirəm ki, Baço Axalaya bu vəzifənin öhdəsindən gələcək. O, bizim tutduğumuz yolu və həyata keçirdiyimiz islahatları davam etdirəcək ən yaxşı namizəddir. Çox sevinirəm ki, prezident mənim təşəbbüsümü dəstəklədi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR