Gürcüstanda səslərin 88,7%-in sayılmasından sonra Bidzina İvanişvilinin partiyası 54,84% səslə irəlidədir

Gürcüstanda səslərin 88,7%-in sayılmasından sonra Bidzina İvanişvilinin partiyası 54,84% səslə irəlidədir
# 02 oktyabr 2012 22:23 (UTC +04:00)
Bakı-APA. Gürcü milyarderi, «Gürcü arzusu» siyasi koalisiyasının lideri Bidzina İvanişvili prezident Mixail Saakaşvilinin növbəti məntiqi addımının istefa və erkən prezident seçkiləri təyin etmək olduğunu bildirib.

«Partiyasının müxalifətə keçdiyini elan edə bilibsə, bunun məntiqi və düzgün davamı istefa və erkən prezident seçkilərinin təyin olunmasıdır», deyə İvanişvili bildirib.

İvanişvili Saakaşvilini istefaya göndərmək üçün impiçment təşkil etmək istəmədiyini bildirib.

«O özü getsə, daha yaxşı olar. Bununla o öz sifətini qoruyar. Düzünü desəm, məni Saakaşvilinin gələcəyi narahat etmir, lakin bu addımla o özünə yaxşılıq edə bilər», deyə İvanişvili əlavə edib.

Biznesmen həmçinin Saakaşvilinin çox çətin Konstitusiya yaratdığını bildirib.

«O Konstitusiyanı özünə uyğunlaşdırıb və hakimiyyəti saxlamaq üçün çoxlu tələ qoyub... Belə Konstitusiya başqa heç kimdə yoxdur... Əlbəttə, Konstitusiya ilə bağlı problemlər olacaq. Bu çox çətin məsələdir, lakin biz bu vəziyyətdən çıxmalıyıq. Əks halda hansısa mərhələdə böhranla üzləşə bilərik», deyə İvanişvili qeyd edib.

Biznesmen Saakaşvilinin müxalifətə keçməklə bağlı verdiyi bəyanatı təqdir edib.

«Biz Saakaşvilinin belə bir bəyanat verməsi üçün lazımi şəraiti yaratormışdıq. Lakin yenə də bunu etdiyi üçün ona afərin. Bu yaxşı presedentdir», deyə o vurğulayıb.

Gürcüstan MSK-nın məlumatına görə, milyarder Bidzina İvanişvilinin «Gürcü arzusu» bloku səslərin 88,7%-in sayılmasından sonra partiya siyahları üzrə səsvermədə 54,84% səslə irəlidədir, prezident Mixail Saakaşvilinin «Vahid Milli birlik» partiyası 40,42% səs toplayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR