İran “psixoloji təzyiqlər”in milli valyutanın devalvasiyasına səbəb olduğunu bəyan edib

İran “psixoloji təzyiqlər”in milli valyutanın devalvasiyasına səbəb olduğunu bəyan edib
# 03 oktyabr 2012 01:23 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejad ölkəsinə qarşı tətbiq olunmuş sanksiyalarla əlaqədar “psixoloji təzyiqlər”in milli valyutanın devalvasiyasına səbəb olduğunu bəyan edib. APA-nın məlumatına görə, M. Əhmədinejad bildirib ki, Qərbin tətbiq etdiyi sanksiyalar iqtisadi döyüşə çevrilsə də, ancaq bu addımlar İranın nüvə proqramını dayandırmayacaq: “İran rialının devalvasiyası ölkədəki iqtisadi problemlərlə bağlı deyil. Hökumətin iqtisadi siyasəti ilə də heç bir əlaqəsi yoxdur. Bunu səbəbi psixoloji təzyiqlərdir. Bu, psixoloji döyüşdür”. İran prezidenti “sərt döyüş”ün bir parçası olan sanksiyaların neft ixracının düşməsində bir az müvəffəqiyyətli olduğunu qəbul etsə də, ancaq məsələ ilə bağlı heç bir rəqəm açıqlamayıb.
Qeyd edək ki, 1 ABŞ dollarının İran bazarlarındakı dəyəri 34 min 500 rial olub. 1 ABŞ dolları sentyabrın 30-da 29 min 500, iki il əvvəl isə 10 min rial idi. Bəzi ekspertlər İranın neft ixracının iyul ayından bəri 30%-dən çox azaldığını söyləyirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR