Azərbaycan Dövlət Radiotezliklər İdarəsi bu il 520 müəssisə və şirkətdə radioelektron vasitələrə texniki baxış keçirib

Azərbaycan Dövlət Radiotezliklər İdarəsi bu il 520 müəssisə və şirkətdə radioelektron vasitələrə texniki baxış keçirib
# 02 oktyabr 2012 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Radiotezliklər İdarəsinin (DRİ) istismara nəzarət şöbəsi tərəfindən iş planına və idarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 520 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

DRİ-dən «APA-Economics»ə verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 922 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb. Onlardan 160 ədədi qeydiyyata salınıb, 388 ədədi möhürlənib, 33 ədədi dövriyyədən çıxarılıb, 341 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. O cümlədən, «Teleradio» İB-nin respublika üzrə bütün məntəqələrində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tədbirlər planına uyğun olaraq quraşdırılmış radioelektron vasitələrə, həmçinin «Bakcell», «Azerfon», «Azercell» şirkətlərində, «Azərbaycan Dəmir Yolları» QSC və «Azərenerji» ASC-də istismar olunan REV-ə texniki baxış keçirilib.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 54 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR