“Standart and Poors”: İran Hörmüz boğazını bağlasa, neftin qiyməti 150 dollardan yuxarı ola bilər

“Standart and Poors”: İran Hörmüz boğazını bağlasa, neftin qiyməti 150 dollardan yuxarı ola bilər
# 15 fevral 2012 13:10 (UTC +04:00)
APA-nın məlumatına görə, təşkilatın yaydığı yazılı açıqlamada Hörmüz boğazı bağlanılacağı təqdirdə, dünya bazarlarında 1 barel neftin qiymətindəki artma və azalmanın müəyyənləşdirilə bilməyəcəyi bildirilib.

“Standart and Poors” (S&P) hesab edir ki, bu ssenari baş verərsə, 1 barel neft qiymətinin 150 dollardan yuxarı olacağı ehtimal edilir. Açıqlamada həmçinin söz duellərinin bölgədə ya neft ixracının kəsilməsinə, ya da savaşa gətirib çıxaracaq daha pis ssenarilərə səbəb olacağı vurğulanıb. Bundan əlavə, yaranmış problemin diplomatik yolla həlli mümkün olmadığı təqdirdə İranın son sanksiyalara və beynəlxalq təzyiqlərə öz təhrikedici üsulları ilə cavab verəcəyi və bunu Tehranın keçmiş təcrübələrinin də təsdiqlədiyi qeyd edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR