Azərbaycanda pul kütləsi 32% artıb

Azərbaycanda pul kütləsi 32% artıb
# 16 fevral 2012 10:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2012-ci ilin yanvarın 1-nə 13 903,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, təkcə dekabr ayı ərzində pul kütləsi 8,4% artıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) ötən il 32,5% artaraq 10 997,2 mln. manata çatıb:

(mln. man.)

01.01.11

01.01.12

M0 (nağd pullar)

5 455,8

7 158,2

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

6 718,9

8 824,8

M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

8 297,5

10 997,2

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

10 527,5

13 903,2



Pul bazarında nağdlaşma səviyyəsinə gəldikdə, qeyd edək ki, cari ilin yanvarın 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 65,1% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisindən 0,6 faiz bəndi azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR