Bakı sakini əmisinin evini yandırıb

Bakı sakini əmisinin evini yandırıb
# 04 may 2012 10:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında yaşayış evində yanğın olub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mayın 3-də saat 21.00 radələrində Yasamal rayonunda yaşayan Röyal Sadıqov sərxoş halda eyni ünvanda yaşayan əmisi Firudin Sadıqova məxsus evi qəsdən yandırıb.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.

R. Sadıqov Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR