Yaponiyanın maliyyə naziri asılmış vəziyyətdə tapılıb

Yaponiyanın maliyyə naziri asılmış vəziyyətdə tapılıb
# 10 sentyabr 2012 16:43 (UTC +04:00)
Bakı – APA. Yaponiyanın maliyyə və poçt xidməti islahatları naziri Tadahiro Matsusita bu gün Tokiodakı evində ölmüş vəziyyətdə tapılıb.

APA-nın xəbərinə görə, Tokio polisindən nazirin meyitinin asılmış vəziyyətdə tapıldığı bildirilib.

Hadisənin dəqiq səbəbləri hələlik bəlli deyil, nazirin öldürüldüyü və ya özünü öldürdüyü versiyaları araşdırılır. İntihara saəbəb ola biləcək səbəblər barədə də məlumat verilmir. Yalnız o məlumdur ki, nazir bu günə planlaşdırdığı bir sıra rəsmi görüşləri əvvəlcədən ləğv edib.

Qeyd edək ki, 73 yaşlı Tadahiro Matsusita Yeni Xalq Partiyasının üzvü olub, müxtəlif dövrlərdə nazir postu tutub. O, Sosial sığorta və vergi, Kosmos tədqiqatları və elmi-texniki siyasət nazirliklərinə rəhbərlik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR