Romada polislə nümayişçilər arasında baş vermiş qarşıdurmada 20 nəfər yaralanıb

Romada polislə nümayişçilər arasında baş vermiş qarşıdurmada 20 nəfər yaralanıb
# 10 sentyabr 2012 20:40 (UTC +04:00)
Bakı-APA. İtaliyanın paytaxtı Romada polislər və Alcoa metallurgiya şirkətinin işçiləri arasında baş vermiş qarşıdurmada 20-dək insan yaralanıb. Qarşıdurma işçilərin şirkətin Sardiniyadakı zavodunun bağlanılması qərarına qarşı keçirdikləri aksiya zamanı baş verib.

Yaralananların 14 nəfəri polislərdir.

ABŞ-ın Alcoa şirkəti dünyanın üçüncü böyük alüminium istehsal edən şirkətidir. Şirkət 1967-ci ildən etibarən İtaliyada işləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR