Slovakiya səfirliyi sabiq deputat Frantişek Mikloşkonun Azərbaycanın işğal altında olan ərazilərinə səfərini şərh edib

Slovakiya səfirliyi sabiq deputat Frantişek Mikloşkonun Azərbaycanın işğal altında olan ərazilərinə səfərini şərh edib
# 15 fevral 2012 15:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Slovakiyanın Moskvadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfirliyin məlumatında qeyd olunur ki, hələ Çexoslovakiya dövləti mövcud olan zaman 1990-1992-ci illərdə Slovakiya Milli Şurasına rəhbərlik etmiş sabiq deputat Frantişek Mikloşko hazırda heç bir rəsmi vəzifə daşımır.

Xatırladaq ki, Ermənistan KİV-in məlumatına görə, Frantişek Mikloşko fevralın 13-14-də Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib və orada separatçı qurumun rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Bu, Frantişek Mikloşkonun Azərbaycanın işğal altında olan ərazilərinə ilk səfəri deyil. O, 2010-cu ilin mayında da Dağlıq Qarabağa səfər edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR