Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 15% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 15% artırıb
# 10 avqust 2012 16:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin iyul ayında dövlət büdcəsinə 117,551 mln. manat vəsait ödəyib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, 2012-ci ilin yanvar-iyul aylarında büdcəyə 791,643 mln. manat ödənib. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 106,306 mln. manat və ya 15,5% çoxdur.

Bundan əlavə, cari ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13,705 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin iyul ayına nisbətən 2,168 mln. manat və ya 18,8% çox olub. Ümumiyyətlə, 2012-ci ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 91,473 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,492 mln. manat və ya 18,8% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR