Gürcüstan daxili işlər naziri istefa verib

Gürcüstan daxili işlər naziri istefa verib
# 20 sentyabr 2012 20:37 (UTC +04:00)
APA-nın “Gruziya Online”-yə istinadən verdiyi xəbərə görə, ərizədə Baço Axaliya bildirib ki, bir necə ildir islaq müəssisələrinə rəhbərlik etmir. Lakin onun dövründə bu sistemə gələn məsul şəxslər həbsxanalarda məhkumlarla qeyri-insani rəftar və zorakılıq hallarının baş verməməsinə əlindən gələni etməli idilər. “Bununla bağlı mən mənəvi və siyasi məsuliyyəti hiss edərək prezidentə istefa ərizəsi isə müraciət etmişəm”, Baço Axaliyanın Gürcüstan DİN-in saytında yerləşdirilən bəyanatında deyilir.

Xatırladaq ki, bu gün Gürcüstan prezidenti xalq müdafiəçisi (Ombudsman) Georgi Tuquşini cəzaların icrası, hüquqi yardım və probasiya naziri vəzifəsinə təyin edib. M. Saakaşvili cəzaçəkmə sisteminin tamamilə yenidən qurulmasına qərar verdiklərini açıqlayıb.
Əvvəlki nazir Xatuna Kalmaxelidze Qldani həbsxanasında məhkumlarla qeyri-insani rəftar və işgəncə hallarının üzə çıxmasından sonra istefa verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR