Qonşu ölkələrdə sığınacaq tapan suriyalı qaçqınların sayı 300 min nəfəri keçib

Qonşu ölkələrdə sığınacaq tapan suriyalı qaçqınların sayı 300 min nəfəri keçib
# 03 oktyabr 2012 07:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İordaniya, Livan, Türkiyə və İraqda məskunlaşmış suriyalı qaçqınların sayı 311 500 nəfərə çatıb. Bu, üç ay əvvəl qeydə alınmış rəqəmdən üç dəfə çoxdur. APA-nın məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatından qeyd edilir ki, İordaniyaya köç etmiş 103488 suriyalı qaçqının 35 faizi düşərgələrdə məskunlaşıb. Livanda 80800, Türkiyədə 94000, İraqda 33704 suriyalı qaçqın qeydə alınıb. İlin sonuna kimi qonşu ölkələrdə 700 mindən artıq suriyalı qaçqının sığınacaq tapacağı proqnozlaşdırılır. Qaçqınların sayının artması Suriya üçün humanitar plana yenidən baxılmasını zəruri edir. Bu günədək həmin planın maliyyələşməsinə 487,9 milyon dollar xərclənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR