«KATV1» kabel televiziya operatoru yeni kampaniyaya başlayıb

«KATV1» kabel televiziya operatoru yeni kampaniyaya başlayıb
# 19 iyun 2012 15:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın «KATV1» kabel televiziya operatoru yeni kampaniyaya start verib.

«KATV1»dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin avqust ayının 31-dək «KATV1» kabel televiziya operatorunun rəqəmsal yayım və internet xidmətindən istifadə edən abunəçilər «PayPoint» ödəmə nöqtələri vasitəsilə 30 manat və ya 30 manatdan artıq ödəniş etdikdə, kabel televiziya operatoru tərəfindən təmənnasız 1 aylıq əlavə 3 paketə (VİP1, VİP2, VİP3) abunə olmaq imkanı əldə edəcək. Kampaniya çərçivəsində əlavə paketlər iyulun 1-dən aktivləşdiriləcək.

«Rəqəmsal yayım və internet xidmətindən istifadə edən abunəçilər ödənişləri «KATV1» filiallarında və inkassatorlar vasitəsilə həyata keçirə bilərlər. Bundan başqa, abunəçilər onlara verilən İD kod vasitəsilə bank filiallarında, «Netmoney» universal ödəmə kartlarının və «PayPoint» ödəmə terminallarının köməyi ilə, eləcə də bank kartları vasitəsilə internetdən ödəmələri həyata keçirə bilərlər. Əlavə məlumat və İD kodu əldə etmək üçün 127 nömərsinə zəng vurmaq lazımdır», - deyə «KATV1»dən bildirilib.

Qeyd edək ki, hazırda ölkə üzrə «KATV1» kabel televiziyası operatorunun 12 ofisi fəaliyyət göstərir. Onlardan 8-i Bakı, 2-si Xırdalan və Mingəçevir, 2-si isə Gəncədə yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR