ABŞ konqresmenlərinə içərisində şübhəli toz olan zərf göndərilib

ABŞ konqresmenlərinə içərisində şübhəli toz olan zərf göndərilib
# 23 fevral 2012 04:22 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinin 3 üzvünün ofislərində içərisində şübhəli toz olan zərf aşkar olunub.

Hadisə ilə bağlı təhqiqat başlayıb. İlkin analiz tozun zərərsiz olduğu müəyyən edib.

Tozla bir yerdə göndərilmiş məktubda müəllif konqresmenləri növbəti dəfə içərisində «ölümcül patogen» maddəsi olan zərf göndərməklə hədələyəib. Məktublar Oreqon ştatının Portlend şəhərindən göndərilib.

Polisin məlumatına görə, məktub müəllifi qanunvericiləri ABŞ siyasətində korporasiya pullarının meydan sulamasına və lobbiçiliyə son qoymağa çağırır. Onun «Uoll-striti işğal et» hərəkatının tərəfdarı olduğu güman edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR