“Hindustan Petroleum Corp.” şirkəti ARDNŞ ilə xam neftin idxalına dair müqavilə imzalayacaq

“Hindustan Petroleum Corp.” şirkəti ARDNŞ ilə xam neftin idxalına dair müqavilə imzalayacaq
# 10 may 2012 09:55 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Hindistanın “Hindustan Petroleum Corp.” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə sutkada 10 min barel xam neftin idxalına dair ilk müqavilə imzalamağa hazırlaşır.

APA-Economics”in “Reuters”ə itinadən xəbərinə görə, bunu “Hindustan Petroleum Corp.” şirkətinin rəhbəri K.Murali bildirib.

Onun sözlərinə görə, ARDNŞ ilə danışıqlar hələ yekunlaşmayıb: “Amma biz sövdələşmənin həcmini indidən müəyyənləşdirmişik. Onların qiymətləri rəqabət qabiliyyətlidir. Bu razılaşma şirkətimizin xammal mənbələrinin diversifikasiyası üzrə səylərinin tərkib hissəsidir”.

Qeyd edək ki, Hindistanın “Indian Oil Corporation” şirkəti bu ilin yanvar ayından Azərbaycandan neft idxal etməyə başlayıb. Hazırda idxalın gündəlik həcmi 20 min barel təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR