Türkiyə Suriyaya ilə internet bağlantısını kəsib

Türkiyə Suriyaya ilə internet bağlantısını kəsib
# 23 avqust 2012 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyədən Suriyaya internetin verilməsi avqustun 12-dən dayandırılıb. APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bununla bağlı Suriyada internetin sürətinin azaldığı, müntəzəm olaraq kəsildiyi iddia edilir.

«Türk Telekom» şirkəti isə yaydığı açıqlamada iddiaları yalanlanıb. Şirkət Suriyada internet probleminin yaranmasının «Türk Telekom»la heç bir bağlılığı olmadığını bildirib: «Türk Telekom olaraq «Suriya Telekom»a göstərdiyimiz xidmətlərdə 11 avqust tarixindən bu yana kəsintilər yaşanmaqdadır. Ancaq problem bütünlükdə Suriyanın öz fiberoptik şəbəkəsində yaşanan kəsintilərdən qaynaqlanır».

Hazırda Suriyadan xəbərlər dünyaya mərkəzi Honq Konqda yerləşən PCCW şirkəti tərəfindən həyata keçirilir. Adıçəkilən şirkət Suriyaya dənizin altı ilə Livan, Misir və Kipr xətti vasitəsi ilə internet verilməsini təmin edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR