Qaz balonunun partlaması nəticəsində doqquzmərtəbəli binanın damından düşən fəhlə ölüb

Qaz balonunun partlaması nəticəsində doqquzmərtəbəli binanın damından düşən fəhlə ölüb
# 08 sentyabr 2012 08:23 (UTC +04:00)
Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə baş verib. Rayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binasının damında qaynaq işləri aparılan zaman qaz balonunda sızma baş verib və ani partlayış olub. Orada işləyən, 1961-ci il təvəllüdlü Nazim Mustafayev partlayışın təsirindən doqquzmərtəbəli binanın damından yerə düşüb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR