Qazaxıstanda keçiriləcək beynəlxalq müdafiə sərgisində iştirak üçün Azərbaycandan yüksək səviyyəli nümayəndə heyəti dəvət olunub

Qazaxıstanda keçiriləcək beynəlxalq müdafiə sərgisində iştirak üçün Azərbaycandan yüksək səviyyəli nümayəndə heyəti dəvət olunub
# 03 mart 2012 09:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Qazaxıstanın paytaxtı Astanada may ayında keçiriləcək KADEX-2012 beynəlxalq müdafiə sərgisində iştirak üçün Azərbaycandan geniş səviyyədə nümayəndə heyəti dəvət olunub. APA-nın məlumatına görə, ikinci dəfədir, keçiriləcək sərgidə ümumilikdə 200-dən artıq hərbi şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.

Sərgi komitəsi KADEX-2012-də iştirak üçün Azərbaycanın Müdafiə və Müdafiə Sənayesi Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və Hərbi Dəniz Qüvvələrinə dəvət məktubları göndərib. Dəvət məktubları Qazaxıstanın Bakıdakı hərbi attaşeliyi vasitəsi ilə adıçəkilən qurumlara çatdırılıb.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, MSN-ə sərgidə iştirakla bağlı dəvət daxil olub. Lakin nazirlik bu sərgidə ziyarətçi qismində təmsil olunmağı planlaşdırır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR