BMW-nin xalis mənfəəti tarixi maksimuma çatıb

BMW-nin xalis mənfəəti tarixi maksimuma çatıb
# 09 mart 2012 14:15 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın BMW avtokonserninin xalis mənfəəti 2011-ci ildə 51% artaraq 4,9 mlrd. avroya çatıb ki, bu da şirkətin tarixində rekord göstəricidir. “APA-Economics”in xəbərinə görə, bu barədə konsernin yaydığı açıqlamada bildirilir.

Ötən il BMW-nin gəlirləri 14% artaraq 68,82 mlrd. avro təşkil edib. Şirkətin maşınları daha çox Çində satılıb - 233,6 min ədəd (+38%). Həmçinin bir neçə illik durğunluqdan sonra ABŞ-dan da müsbət nəticələr barədə siqnallar alınıb.

Konsernin rəhbəri Norbert Reytxofer 2011-ci ildə hədəflərinə artıqlaması ilə çatdıqlarını bildirib: “Bu, şirkətimizin tarixində ən yaxşı ildir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR