ABŞ senatoru Asim Mollazadəyə təşəkkür məktubu ünvanlayıb

ABŞ senatoru Asim Mollazadəyə təşəkkür məktubu ünvanlayıb
# 12 mart 2012 17:37 (UTC +04:00)
Bakı-APA. ABŞ Senatoru Rocer Vikker Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəyə təşəkkür məktubu ünvanlayıb.

O, Missisipi ştatının Cakson şəhərində keçirilən Türk Biznes və Dostluq Forumunda fəal iştirakına, ABŞ-Azərbaycan-Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi sahəsində xidmətlərinə görə Asim Mollazadəyə minnətdarlıq ifadə edib. Partiya sədrini yenidən ABŞ-da görməkdən məmnun olacağını yazıb.

Asim Mollazadə də öz növbəsində cənab Vikkerə səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Senatorun gələcəkdə də həm ABŞ, həm də seçilmiş olduğu Missisipi Ştatının Azərbaycan və Türkiyə ilə əlaqələrinin genişlənməsinə öz töhfələrini verəcəyinə əminlik ifadə edib. Partiya sədri, Vikkeri ölkəmizlə yaxından tanış olmaq məqsədilə Azərbaycana dəvət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR