Martın 20-də «Eurovision-2012»də ölkələrin çıxış ardıcıllığı müəyyənləşəcək

Martın 20-də «Eurovision-2012»də ölkələrin çıxış ardıcıllığı müəyyənləşəcək
# 18 mart 2012 11:09 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA.Martın 19-20-də Bakıda «Eurovision-2012» mahnı müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri rəhbərlərinin iclası olacaq. «Eurovision-2012»nin İşçi Qrupundan APA-ya verilən məlumata görə, iclasda builki nüfuzlu şou ilə bağlı aparılan hazırlıq işləri müzakirə olunacaq.

42 ölkədən olan nümayəndə heyətlərinə 57-ci «Eurovision» mahnı müsabiqəsinə aid olan məkanlar, otellər, “Baku Crystal Hall”ı və burada təqdim olunacaq şou və hazırlıq prosesini əhatə edən digər məsələlər barədə ətraflı məlumat veriləcək.

Həmçinin iki günlük toplantı çərçivəsində püşkatma mərasimi olacaq. Bu püşkatma nəticəsində mayın 22-si və 24-də keçiriləcək iki yarımfinal mərhələsindəki, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunan 6 ölkənin çıxış ardıcıllığı müəyyən olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR