Elmar Məmmədyarov Finlandiya səfirini qəbul edib

Elmar Məmmədyarov Finlandiya səfirini qəbul edib
# 25 may 2012 14:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyanın Azərbaycandakı səyyar səfiri Petri Salonu qəbul edib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Finlandiya arasındakı münasibətlərin cari vəziyyəti, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulmuş əlaqələrin hazırkı durumu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və regionda cərəyan edən digər proseslərlə bağlı söhbət aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR